"Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyinin Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. "Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər davam etdirilir. Belə ki, martın 4-də nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETAXİ) tərəfindən “Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin rəsmiləri, millət vəkilləri, Tibbi Ərazi Bölmələrini İdarəertmə Birliyi, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin əməkdaşları, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş mütəxəssisləri, həmçinin ET Ağciyər xəstəlikləri İnstitutunda, eləcə də respublikada vərəmlə mübarizə sahəsində çalışan həkim-ftiziatrlar və ilkin səhiyyə xidməti həkimləri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və Azərbaycanın dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Onun sözlərinə görə, Ümummilli Lider əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına xüsusi diqqət ayırırdı: “Ulu Öndər uşaqlara qayğı ilə yanaşırdı. Onun "Uşaqlar bizim gələcəyimizdir” sözləri bir şüara çevrilmişdi. Bu gün Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev səhiyyə sahəsinin inkişafına xüsusi diqqət yetirir. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva uşaqların, yeniyetmərlərin və anaların sağlamlığını səhiyyəmizin əsas prioritetlərindən biri kimi təyin edib”.
“Bugünkü Beynəlxalq elmi-praktik konfrans təbabətin ən vacib sahələrindən birinə - uşaq və yeniyetmələrdə vərəmin profilaktikası mövzusuna həsr olunub. Bildiyiniz kimi, vərəmlə mübarizə qlobal məsələdir. Azərbaycan vərəmlə mübarizə tədbirlərini ən yaxşı təşkil edilən ölkələrdən biridir. Ölkəmizdə ictimai sağlamlığın əsas məsələlərindən olan vərəmlə mübarizədə dövlət proqramı və Milli Strategiya qəbul edilib, ixtisaslaşmış tibb müəssisələri tikilib, müasir yanaşma tətbiq olunub. Eyni zamanda, ölkəmiz bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir”, - deyə nazir müavini fikrini tamamladı.

Tədbirdə çıxış edən ETAXİ-nin direktoru İradə Axundova qeyd edib ki, respublikamızda vərəm əleyhinə xidmət Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Vərəm Proqramı Mərkəzi tərəfindən aparılır. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 7 ildə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər (2016-cı ildə 100 000 əhaliyə 38.9 vərəm halından 2022-ci ildə 100 000 əhaliyə 28 vərəm halınadək azalma) müşahidə olunur: “Bu azalma tendensiyası ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir”.

Beynəlxalq elmi-praktik konfransda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının direktoru Rəşid Bədəlovun, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş mütəxəssisləri Valentina Aksenova, Lyudmila Şovkun və digərlərinin məruzələri dinlənilib. Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, Elmi-praktik konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 8 DTT kredit balı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.