“Səhiyyə” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanin “Səhiyyə" işçi qrupunun video-konfrans formatında növbət iclası başa çatıb.

İclasda işçi qrupunun nəzərdə tutulmuş aylar üçün görülməli olan işlərlə bağlı müəyyən dəyişikliklər, fəaliyyət planı layihəsinə edilmiş təkliflərin müzakirəsi aparılıb. Həmçinin bu sahədə olan prioritet istiqamətlərə - uşaq və yeniyetmələrin psixi sağlamlığının yaxşılaşdırılması, ailə həkimi institutunun yaradılması istiqamətində görülməli işlər, tibbi protokolların yenilənməsi məsələsi, vətəndaşların sağlam həyat tərzinin təbliği və təşviqi, bunun təşkilində müxtəlif qurumların əməkdaşlığa cəlb olunması məsələlərinə toxunulub.

Eyni zamanda, əvvəlki iclasın Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilərək, yeni təklif və tədbirlər nəzərdən keçirilib.

Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsi və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə” işçi qrupunun aidiyyatı nümayəndələrinin iştirakı ilə davam edən görüşdə əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər geniş müzakirə olunub.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.