SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Naziri 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisinin açılşında çıxış edib

Bakı Ekspo Mərkəzində 02 noyabr 2023-cü il tarixində 3-cu Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları - “Medinex” sərgisinə start verilib.
Sərginin açılışında Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.
Maraqlı tərəfləri vahid plarformada bir araya gətirən sərginin başlıca məqsədi səhiyyə və tibb sahəsində industriyanın ən müasir trendləri ilə tanış olmaq, sənaye mütəxəssisləri, sahibkarların işgüzar əlaqələrini inkişaf etdirmək, yeni tərəfdaşlıq qurmaq, aktual məlumatlar mübadiləsi aparmaqdır.
Azərbaycan xalqının Ümummilli Liderinin 100 illiyində keçirildiyindən, sərginin təqdimat zonasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Tibbi İnnovasiyalar Forumu” təşkil olunacaq. Sərgidə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunan oftalmologiya mövzusunda panel müzakirələr də baş tutacaq.
Sərginin açılışında çıxış edən Səhiyyə naziri Teymur Musayev bildirib ki, ölkə səhiyyəsinin inkişafı dövlət quruculuğunda əsas istiqamətlərdən olduğundan tibbi sərgilər Respublikamızda müstəqilliyin ilk illərindən keçirilməyə başlanıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğının nəticəsidir ki, Respublikamızda müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur”, - deyə Teymur Musayev vurğulayıb.
Bugünkü sərginin artıq 30 ilə yaxın bir dövrü əhatə edən müsbət ənənənin davamı olduğunu bildirən nazir qeyd edib: “Medinex sərgisi artıq 3-cü dəfədir ki ölkəmizdə təşkil olunur. Sərginin həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrin inkişafı, həm də hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacağına əminəm”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün səhiyyə sahəsində aparılan əsas islahatlardan birinin məhz ölkədə icbari tibbi sığortanın tətbiqi olduğunu vurğulayıb: “Sərgi icbari tibbi sığorta haqqında məlumatların ölkəmizin geniş vətəndaş kütləsinə çatdırılmasına imkan verir, ölkədəki dövlət və özəl tibb müəssisələri arasında əməkdaşlığın qurulmasına şərait yaradan platformalardan biridir”.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ölkədə səhiyyənin inkişafının əsas istiqamətləri, o cümlədən, ölkə vətəndaşlarının sağlamlığının qorunması, tibb sahəsində innovasiyaların tətbiq edilməsi məsələləri haqqında ümumi məlumat verib. O bildirib ki, sərgi tibb sahəsində yeni məhsulların və texnologiyaların geniş şəkildə təqdim olunmasını əsas məqsədi kimi öz qarşısına qoyub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov belə sərgilərin səhiyyənin inkişafında yeni imkanlar yaratdığını bildirib: “Bu tədbir tibb sahəsinin həm təcrübəli, həm də gənc mütəxəssisləri, ixtisaslaşdırılmış təhsil müəssisələrinin rezidentləri və tələbələri üçün çox vacibdir. Sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan praktiki və elmi tədbirlər gənc mütəxəssislərin inkişafı və yeni biliklərə yiyələnməsində mühüm rol oynaya bilər”.
Sərgidə ümumilikdə 14 ölkədən 100 şirkət qatılacaqdır. İştirakçı ölkələr arasında Azərbaycanla yanaşı, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. ölkələr yer alır.
Noyabrın 4-dək davam edəcək sərgidə tibb sahəsinin önəmli mövzularını, əhatə edən panel müzakirələr aparılacaq.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.