Səhiyyə Nazirliyinin rəhbərliyi və kollegiya üzvləri Vətən müharibəsində şəhid olmuş həkimlərimizin məzarlarını ziyarət ediblər

Noyabrın 8-də xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü qeyd olunur. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.

Böyük Qələbə Gününün 2-ci ildönümü ərəfəsində səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkim və tibb işçilərinin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb və ruhlarına dualar oxunub.

Qeyd edək ki, 44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.