Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə naziri: “Yüksəliş” müsabiqəsi hər bir iştirakçını öz potensialını reallaşdırmağa həvəsləndirir

“Yüksəliş” sadəcə bir müsabiqə deyil. Bu, gələcəyə yatırılan sərmayədir. Hər bir ölkənin ən böyük sərvəti onun insan potensialıdır. İstedad, bilik və davamlı inkişaf istənilən uğurlu dövlətin əsas dayaqlarıdır. Hər bir güclü dövlət yalnız infrastruktur və resurslar üzərində deyil, hər şeydən əvvəl bilik üzərində qurulur. İnsan kapitalına qoyulan sərmayə hər zaman ən yüksək nəticə verir.

Bu fikirləri səhiyyə naziri Teymur Musayev “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, karyera inkişafı vəzifə yüksəlişi ilə yanaşı, ömür boyu öyrənmək, dəyişən dünyaya uyğunlaşmaq bacarığıdır: “İnnovasiyanın, rəqəmsal texnologiyaların, süni intellektin hər bir peşəni dəyişdiyi bugünkü dünyada davamlı öyrənmə qabiliyyəti ən dəyərli bacarıqlardan birinə çevrilir. “Yüksəliş” müsabiqəsi biliklərin sınandığı, fikir mübadiləsinin aparıldığı və gələcək rəhbər şəxslərin ortaya çıxdığı sağlam rəqabət mühiti yaradır. Müsabiqə hər bir iştirakçını öz potensialını reallaşdırmağa həvəsləndirir.

Bu gün burada iştirak edən finalçılarımıza səslənmək istərdim: Bu gün hər biriniz qalibsiniz! “Yüksəliş” müsabiqəsindəki iştirakınız artıq mükəmməlliyə olan sadiqliyinizi göstərir. Bugünkü nəticələrdən asılı olmayaraq, qarşılaşdığınız hər bir çətinlik və öyrəndiyiniz yeni təcrübələr peşəkar inkişaf səyahətinizə töhfə verəcək”, - deyə T. Musayev qeyd edib.

Son yenilənmə tarixi : 2026-07-17 16:04
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.