Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin MƏLUMATI

Sosial şəbəkələrdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır. Həmin məlumatlarda guya AEM-in hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərdiyi, "barkodçu" vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alındığı iddia olunur.
Tam məsuliyyətlə bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və saxtadır.
Yayılan saxta sənədin sonunda guya "Analitik Ekspertiza Mərkəzi Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov" adlı şəxsin imzası göstərilib. Bildiririk ki, AEM-də Etibar Abdalov adlı şəxs çalışmır. Bundan əlavə, sənəd avqustun 2-də yayılsa da, onun üzərində "03.08.2026" tarixi qeyd olunub. Bu ziddiyyət sənədin saxta olduğunu açıq şəkildə göstərir.

Bundan başqa, işə qəbul adı altında vətəndaşlarla əlaqə saxlayan şəxs özünü "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Sandoz Pharma şirkətinin İnsan resursları üzrə baş koordinatoru Fariz Heydərov" kimi təqdim edir və vətəndaşdan guya "müqavilə rekvizitlərinin rüsumu" adı ilə müəyyən bank hesabına pul köçürməsini tələb edir.
Bir daha bildiririk ki:
Analitik Ekspertiza Mərkəzinin tabeliyində nəinki "Sandoz Pharma", ümumiyyətlə heç bir özəl şirkət fəaliyyət göstərmir;
AEM belə ad altında işə qəbul aparmır;
AEM tərəfindən işə qəbul zamanı heç bir ödəniş tələb edilmir;
Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur.
Həmçinin sosial şəbəkələrdə yayılan "barkodçu" vəzifəsi ilə bağlı məlumatlar da həqiqəti əks etdirmir.
Məlumat üçün bildiririk ki, Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinə xətti barkod (GTIN/EAN) vermir.
GTIN (Global Trade Item Number) məhsulun beynəlxalq identifikasiya nömrəsidir və istehsalçı və ya qeydiyyat vəsiqəsinin sahibi tərəfindən GS1 beynəlxalq standartları əsasında əldə edilir. Başqa sözlə, GTIN və xətti barkod AEM tərəfindən deyil, məhsulu istehsal edən və ya qeydiyyatdan keçirən şirkət tərəfindən rəsmiləşdirilir.
GS1 məhsulların beynəlxalq identifikasiyası üçün standartlar hazırlayan qeyri-kommersiya təşkilatıdır. Bu standartlar məhsulların bütün təchizat zənciri boyunca izlənilməsinə və məlumat mübadiləsinin vahid qaydada aparılmasına xidmət edir.
Analitik Ekspertiza Mərkəzinin tətbiq etdiyi Dərman vasitələrinin təqib və izləmə sistemi çərçivəsində isə dərman vasitələrinin hər bir satış qablaşdırması üçün DataMatrix identifikasiya kodu formalaşdırılır. Bu kodun tərkibində GTIN, unikal seriya nömrəsi, partiya (lot) nömrəsi və son istifadə tarixi yer alır. Məhz bu məlumatlar dərman vasitələrinin istehsaldan son istehlakçıya qədər hərəkətinin izlənilməsinə, saxta dərman vasitələrinin dövriyyəsinin qarşısının alınmasına və təchizat zəncirində şəffaflığın təmin edilməsinə imkan verir.
Beləliklə, dərman vasitələrinə GTIN (xətti barkod) AEM tərəfindən deyil, beynəlxalq GS1 standartlarına uyğun olaraq istehsalçı və ya qeydiyyat vəsiqəsinin sahibi tərəfindən verilir. AEM-in səlahiyyətlərinə dərman vasitələri üçün xətti barkodun verilməsi aid deyil.
AEM vətəndaşlara bir daha müraciət edərək bildirir ki, işə qəbul, ödəniş və ya digər rəsmi prosedurlarla bağlı yalnız Mərkəzin rəsmi məlumatlarına etibar etsinlər, naməlum şəxslərin göndərdiyi sənədlərə və ödəniş tələblərinə inanmasınlar, heç bir halda şəxsi məlumatlarını və pul vəsaitlərini üçüncü şəxslərə təqdim etməsinlər.
Faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən müvafiq dövlət strukturlarına müraciət ediləcək və qanunvericiliyə uyğun olaraq zəruri hüquqi tədbirlər görüləcək.
"Analitik Ekspertiza Mərkəzi vətəndaşlara xatırladır ki, rəsmi işə qəbul elanları yalnız Mərkəzin rəsmi internet səhifəsi və rəsmi sosial media hesabları vasitəsilə yayımlanır."

Son yenilənmə tarixi : 2026-08-03 11:32
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.