Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramına tibbi dəstəyi davam etdirir: Xankəndidə növbəti müayinə aksiyası

Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin keyfiyyətli və ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir.

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində növbəti səyyar tibbi müayinə aksiyası Xankəndi şəhərində təşkil olunub. Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mütəxəssislərinin iştirakı ilə həyata keçirilib.

Səyyar tibbi aksiya çərçivəsində travmatoloq-ortopedlər, fizioterapevtlər, pediatr və infeksionist həkimlər tərəfindən sakinlər müayinə olunublar. Müayinələr zamanı dayaq-hərəkət sistemi xəstəlikləri, sümük və oynaq patologiyaları, onurğa problemləri, posttravmatik vəziyyətlər, uşaqların sağlamlıq göstəriciləri və infeksion xəstəliklərlə bağlı diaqnostik qiymətləndirmələr aparılıb.

Müayinələr nəticəsində vətəndaşlara sağlamlıq vəziyyətlərinə uyğun fərdi tibbi məsləhətlər verilib, ehtiyac yarandıqda ilkin tibbi yardım göstərilib. Fizioterapevtlər tərəfindən isə reabilitasiya tədbirləri və hərəkət funksiyalarının bərpasına dair tövsiyələr təqdim olunub.

Aksiya çərçivəsində 80-ə yaxın Xankəndi sakini müxtəlif ixtisaslar üzrə həkimlərin konsultasiya və tibbi xidmətlərindən yararlanıb.

Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən səyyar tibbi aksiyalar işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına, ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılmasına və “Böyük Qayıdış” prosesinin sosial təminat komponentinin gücləndirilməsinə xidmət edir.

Nazirlik bu istiqamətdə səyyar tibbi müayinələrin və sağlam həyat tərzinin təşviqinə yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsini ardıcıl şəkildə davam etdirəcək.

Son yenilənmə tarixi : 2026-07-03 13:26
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.