SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi Laçında əhalinin növbəti tibbi müayinələrini təşkil edib

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Növbəti belə tədbir avqustun 9-da baş tutub. Nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibb heyəti tərəfindən Laçın şəhərində sakinlərin müayinələri aparılıb.

Tədbirin əsas məqsədi Laçın rayonunda yaşayan vətəndaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və ehtiyac olduqda, müalicə və reabilitasiya tədbirlərinin həyata keçirilməsidir. Eyni zamanda, zədələrin, qırıq və çıxıqların diaqnostikası və aşkarlanması, travma və zədələr nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün dərhal tibbi müdaxilə və müalicə tədbirlərinin təmin edilməsidir. Bundan əlavə, posttravmatik reabilitasiya proqramlarının tətbiqi ilə vətəndaşların funksional imkanlarının bərpa olunması və həyat keyfiyyətinin artırılması, əhalinin travmatoloji zədələrdən qorunması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və gələcəkdə belə problemlərin qarşısının alınması məqsədini daşıyır.

Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütün növ travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası aparılıb.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim və fizioterapevtləri tədbir iştirakçılarına sağlamlıqlarının tez və effektiv şəkildə bərpasına nail olmaq üçün öz tövsiyələrini veriblər.
Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.