Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Leyla Hacıyeva: Uşaqlar unutmamalıdırlar ki, dərslərdə aldıqları qiymətlər valideynlərin onlara qarşı münasibətini dəyişmir

- Leyla xanım, ilk öncə bilmək istərdik ki, valideynlər uşaqların məktəbə adaptasiya dönəminin rahat keçirtməsi üçün nələrə diqqət etməlidirlər?

- Təbii ki, uşaqlar məktəbə uyğunlaşma (adaptasiya) dövründə həyatlarının yeni mərhələsinə qədəm qoyduqları üçün fərqli təəssürat yaşayırlar. Belə ki, qarşılaşdıqları yeni mühit, sinif yoldaşları, dərs otağı, yeni qaydalar və s. əksər uşaqların müxtəlif hisslər yaşamasına səbəb ola bilər. Həmçinin, uşaqlar birmənalı olaraq tanımadıqları mühitlə qarşılaşırlar.
Bu dönəmə daha rahat uyğunlaşmaq, adaptasiya müddətinin qısa olması üçün valideynlərin üzərinə müəyyən vəzifələr düşür. Əlbəttə ki, müəllimlərin də adaptasiya periodunda həssas olmaları əsas şərtdir. Onlar uşaqların yeni mühitə uyğunlaşma müddətində daha həssas və səbrlə yanaşmalı, uşaqlara məktəbi sevdirmək üçün müxtəlif əyləncəli oyunlar təşkil etməlidirlər.

- Uşaqlarda özünəxidmət bacarıqlarını necə formalaşdırmaq olar?

- Məktəbə başlamazdan öncə uşaqlarda özünəxidmət bacarıqlarının formalaşdırılması (geyinmək, soyunmaq, yemək bacarıqları və s.) olduqca vacib məsələdir. Bu onların köməksiz şəkildə ehtiyaclarını ödəmələrinə və özlərini daha rahat hiss etmələrinə dəstək olacaq.

- Bəs onlara dərslərin öhdəsindən gəlməyə necə kömək edə bilərik?

- Məktəblə bağlı yeni tələblərə uyğunlaşmaqdan daha çox uşağın bacara bildiyi vərdişlər üzərində dayanmaq və onları dəstəkləmək daha məqsədəuyğundur. Təhsil zamanı aşağı qiymətlər aldığı təqdirdə uşaqların cəzalandırılması, danlanılması özgüvəninin aşağı düşməsinə, yalan danışmasına, dərs prosesindən soyuması ehtimalını artırır.
Uşağın bilik və bacarıqlarını məktəbəqədər dövr və məktəbli olduqdan sonra müqayisə edin. Müsbətyönümlü bilik və bacarıqlarını tərifləyib, dəstəkləyin. Təhsil alarkən valideynlərin gözləntilərinə cavab verməsə də, uşaqların bu yönümdə göstərdiyi çalışqanlıq səviyyəsi doğru və düzgün qiymətləndirilməlidir. Hətta bəzi hallarda uşaqlar aşağı qiymət aldıqları zaman düşdükləri psixoloji durum və keçirtdikləri həyəcan nəticəsində valideyn, o cümlədən digər ailə üzvlərinə bu barədə məlumat verməkdən belə çəkinirlər. Sonda belə vəziyyət uşaqların qapalı olmalarına və danışmamalarına gətirib çıxarır. Uşaqlar unutmamalıdırlar ki, dərslərdə aldıqları qiymətlər valideynlərin onlara qarşı münasibətini dəyişmir, övladlar eyni dərəcədə sevilir və dəstəklənirlər.
Təlaşlı olan uşaqlar uzun zaman diqqətlərini bir obyektə yönəldə, dərslərə fokuslana bilmir, unutqan və dağınıq olurlar. Kiçik detallara diqqət etməkdə çətinlik çəkir, çox sadə şeylərdə səhvlər edə bilirlər. Eyni zamanda tapşırıqları sona qədər yerinə yetirməkdə və müəllimi dinləməkdə çətinlik çəkirlər. Bu isə məktəbdə uğursuz göstəricilərlə nəticələnir. Ona görə də parta üzərində maksimum az əşyanın olmasına, məktəb vəsaitlərinin oyuncaq tipli deyil, daha sadə olmasına diqqət yetirilməlidir.

- Sonda valideynlərə məsləhətiniz nə olardı?

- Bəzən valideynlər başqa uşaqlarla öz övladlarını müqayisə edərək, daxillərində yalnış gözləntilər formalaşdırırlar. Halbuki hər uşağın özünəməxsus potensialı və bacarığı var. Eyni evdə böyüyən iki uşağın belə dünyagörüşü, biliyi və həyatı yanaşması eyni ola bilməz. Başqa uşaqlarla müqayisə etdiyimiz zaman övladımızda aqressiya yaradırıq. Çünki müqayisə olunmağı heç kim sevmir. Digər tərəfdən, onlarda özgüvənin aşağı düşməsinə, başqalarını özündən yüksəkdə görməsinə səbəb olur. Bu kimi halların qarşısını alınması üçün valideynlər övladlarını bilik səviyyəsinə və potensialına uyğun gözləntilər formalaşdırmalıdırlar.
Uşaqlarda özgüvənlilik səviyyəsini yüksəltmək üçün onların hər işini valideyn üzərinə götürməməli, körpə yaşlarından etibarən uşaqlarda hər bir inkişaf dövrü üçün uyğun tələblər və vərdişlər aşılanmalıdır. Belə ki, bunlar məişət həyatında paltarlarını geyinmək və soyunmaq, otaqlarını təmiz saxlamaq, yataqlarını səliqəyə salmaq, alış-veriş zamanı və gündəlik ev işlərində valideynlərə yardım etmək və s. ola bilər. Bu zaman uşağınız onların bacarığına inandığınıza əmin olacaq. Onların qarşısında qoyulan tələblərin öhdəsindən gəlmək qabiliyyətinə inandığınızı nə qədər çox biruzə versəniz, onun öhdəsindən gəlmək və özünə inamı inkişaf etdirmək ehtimalı bir o qədər çox olar.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.