Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün münasibətilə Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər təşkil edilib.

Peşə bayramı münasibətilə səhiyyə naziri Teymur Musayev, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər. Ziyarət zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət və elm xadimi Əziz Əliyev, eləcə də elm xadimi Tamerlan Əliyevin məzarları ziyarət edilərək, onların xatirəsi ehtiramla anılıb.

Daha sonra Səhiyyə Nazirliyinin kollektivi Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Anım tədbirləri çərçivəsində xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə və səhiyyə sahəsinin inkişafında mühüm xidmətləri olmuş şəxsiyyətlərin xatirəsinə dərin ehtiram ifadə olunub.

Son yenilənmə tarixi : 2026-06-17 09:39
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.