Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Kathryne Bombergerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə səhiyyə sahəsində, xüsusilə məhkəmə-tibb ekspertizası, DNT analizləri, laborator imkanların gücləndirilməsi, mütəxəssis hazırlığı və bilik mübadiləsi sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, itkin düşmüş şəxslərin axtarışı, şəxsiyyətinin müəyyənləşdirilməsi və bu istiqamətdə müasir elmi yanaşmaların tətbiqi humanitar baxımdan xüsusi əhəmiyyət kəsb edir. Tərəflər beynəlxalq təcrübənin öyrənilməsi və innovativ metodların tətbiqinin bu sahədə görülən işlərin səmərəliliyinin artırılmasına xidmət etdiyini qeyd ediblər.

Səhiyyə naziri Teymur Musayev işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri və aşkarlanan insan qalıqlarının identifikasiyası prosesində aidiyyəti dövlət qurumlarının bu istiqamətdə əlaqəli və koordinasiyalı fəaliyyət göstərdiyini bildirib, ICMP ilə əməkdaşlığın bu istiqamətdə mühüm töhfə verdiyini vurğulayıb.

ICMP-nin Baş direktoru Kathryne Bomberger Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, rəhbərlik etdiyi təşkilatın gələcəkdə də Azərbaycana texniki və ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Son yenilənmə tarixi : 2026-06-29 18:20
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.