Səhiyyə Nazirliyində Macarıstanın aparıcı farmasevtika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycanın Səhiyyə Nazirliyində farmasevtika sahəsi üzrə fəaliyyət göstərən Macarıstan şirkətlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman da iştirak edib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

Nazir çıxışında innovasiyaların iqtisadi və sosial inkişafın əsas təkanverici qüvvəsi olduğunu vurğuladı. Onun sözlərinə görə, bu gün səhiyyədə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir.

Bildirilib ki, əczaçılıq sənayesi dünya iqtisadiyyatının ən çox bilik tələb edən yüksək texnologiyalı və eyni zamanda sürətlə inkişaf edən seqmentlərindən biridir. Macarıstan əczaçılıq məhsullarının hər zaman yüksək keyfiyyətinə görə seçildiyini vurğulayan nazir ikitərəfli münasibətlərin bundan sonra da uğurlu və dinamik inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Sonra farmasevtika sahəsi üzrə fəaliyyət göstərən Macarıstan şirkətlərinin nümayəndələri öz məhsulları haqqında ətraflı məlumat verdilər. Onlar Azərbaycan ilə əczaçılıq sənayesi sahəsində əməkdaşlığın daha daha da yüksək səviyyəyə olmasında maraqlı olduqlarını vurğuladılar.

Qarşılıqlı anlaşma mühitində keçən görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.