SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində “Malyariyaya son” təşkilatı və Dünya Bankının rəhbər şəxsləri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində “Malyariyaya son” (“Malaria No More”) təşkilatının idarəedici direktoru Kelli Uillis və baş direktoru Martin Edlundla görüş keçirilib. Görüşdə, həmçinin Dünya Bankının (DB) İqlim və Sağlamlıq üzrə Qlobal Proqram rəhbəri Tamer Rabie və DB-nin əməliyyatlar üzrə Baş mütəxəssisi Səidə Bağırlı iştirak ediblər.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ötən ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını xatırladıb. Onun sözlərinə görə, malyariya ilə mübarizədə uğur, həm də beynəlxalq tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub.
Nazir, həmçinin cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Azərbaycanda dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayan Teymur Musayev, cari ildə milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə həsr olunduğunu bildirib. Nazir Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal sammitinin iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün uğurlu bir platforma olduğunu qeyd edib. Eyni zamanda, sammitin iqlim sektorları üzrə mütəxəssislərin əməkdaşlığı üçün bir fürsət olduğu diqqətə çatdırılıb.

Öz növbəsində Kelli Uillis və Martin Edlund Azərbaycanın ölkədə malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. “Malyariyaya son” təşkilatının rəhbərliyi, həmçinin ölkəmizi COP 29 kimi mötəbər tədbirin ev sahibliyinə seçilməsi münasibətilə təbrik ediblər. Onların sözlərinə görə, Azərbaycanın COP29-un ev sahibi olaraq səhiyyəni iqlim siyasətinin vacib hissəsi kimi irəli çəkmək və investisiya gündəliyini təşviq etmək imkanı var. Həmçinin, Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal sammitinin əhəmiyyəti qeyd olunub.

Öz çıxışlarında Tamer Rabie və Səidə Bağırlı iqlim-sağlamlıq böhranının miqyasını vurğulayaraq qeyd etdilər ki, Dünya Bankı hər bir ölkəyə uyğun iqlim və sağlamlıq həlləri üçün maliyyələşdirmənin maksimum dərəcədə artırılmasının zəruriliyini və aktuallığını bildirir. Bununla əlaqədar olaraq, Dünya Bankı ölkə səviyyəsində investisiyaların və fəaliyyətin miqyasını artırmaq üçün çoxtərəfli və milli ictimai inkişaf banklarını birləşdirən İqlim-Sağlamlığın Maliyyəsi üzrə İnkişaf Bankı İşçi Qrupu yaradıb.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.