Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyindən “Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Füzulidə qadınlar və yenidoğulmuşlar üçün səyyar tibbi aksiya

Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində yerli əhali arasında sağlam həyat tərzinin təşviqi, həmçinin səyyar tibbi müayinə və maarifləndirmə aksiyalarının keçirilməsi davam etdirilir.
Bu qəbildən olan növbəti aksiya 16 yanvar tarixində Füzuli rayonunda təşkil olunub. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) mama-ginekoloq, neonatoloq və orta tibb işçilərindən ibarət heyəti tərəfindən qadınlar üçün kompleks tibbi müayinələr aparılıb, eyni zamanda maarifləndirici tədbirlər həyata keçirilib.

“Böyük Qayıdış” Proqramı çərçivəsində keçirilən səyyar tibbi aksiyanın əsas məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, ana və uşaq sağlamlığının qorunması, yenidoğulmuşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, yeniyetmələr arasında reproduktiv sağlamlığın təmin edilməsi, bu istiqamətdə profilaktik tədbirlərin gücləndirilməsi və əhalinin tibbi bilgilərinin artırılmasıdır.

Aksiya çərçivəsində İnstitutun həkimləri tərəfindən tibbi müayinələrlə yanaşı, yenidoğulmuşlara tibbi baxış keçirilib, analar və yeniyetmələr üçün fərdi konsultasiyalar təqdim olunub. Neonatoloqlar tərəfindən yenidoğulmuşların sağlamlıq göstəriciləri qiymətləndirilib, analar üçün neonatal skrininqin əhəmiyyəti, yenidoğulmuşlara düzgün qulluq, qidalanma və ilkin baxım mövzularında maarifləndirici təlimlər təşkil edilib.
Tədbirdə 140-a yaxın yeniyetmə yaş qrupuna aid olan qızlar və onların valideynləri iştirak ediblər.

Səyyar aksiya zamanı mama-ginekoloqlar tərəfindən yeniyetmə qızlar arasında ginekoloji müayinələr aparılıb, həmçinin fərdi konsultasiyalar verilib. Konsultasiyalar zamanı reproduktiv sağlamlıq, yeniyetməlik dövründə baş verən fizioloji dəyişikliklər, ginekoloji problemlərin erkən profilaktikası və sağlam həyat tərzi mövzularında ətraflı izahatlar təqdim olunub.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də sağlam həyat tərzinin təşviqi və əhalinin tibbi xidmətlərlə əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu kimi səyyar tibbi aksiyaların keçirilməsi davam etdirilir.

Son yenilənmə tarixi : 2026-01-16 15:55
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.