SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəsi xanım Saca Faruq Abdullah ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNİCEF arasında əlaqələrin çoxşaxəli olduğunu vurğulayıb: “Ötən müddət ərzində səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirilib”.
Teymur Musayev Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir, vaksin preparatlarının da Azərbaycana UNICEF xətti ilə gətirildiyini vurğulayıb.
Noyabrda Bakıda keçirilən COP29-un mahiyyətini vurğulayan nazir tədbir çərçivəsində Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan “İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi” mövzusunda panel müzakirəslərini qeyd edib. Həmçinin, Azərbaycan Tibb Universitetində (ATU) 2024/25-ci tədris ilindən etibarən ATU-nun ikinci kurs tələbələrinə "İqlim dəyişikliyi və sağlamlıq" fənninin tədris olunduğu diqqətə çatdırılıb.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Öz növbəsində Saca Faruq Abdullah xatırladıb ki, BMT-nin Uşaq Fondu Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb: “UNICEF uşaqlar uçun daha yaxşı gələcəyin qurulması və onların tam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasında Azərbaycan Hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir”.
Azərbaycan ilə UNİCEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən Saca Faruq Abdullah 2021-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində birgə fəaliyyət qarşılıqlı əlaqələrin davam etdirilməsində mühüm rol oynadığını qeyd edib.
Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.