Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakıda XX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi, həmçinin XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresi keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə aprelin 25-27-də Bakıda XX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi, həmçinin XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresi təşkil olunub.
Beynəlxalq tədbir nazirliyin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya (HeBiPA) və Türkiyə Qaraciyər Araşdırmaları assosiasiyalarının (TASL) birgə təşkilatçılığı ilə keçirilir.
Beynəlxalq konqres iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Nümayəndə heyəti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anaraq, məzarı üzərinə gül dəstələri düzüblər.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, tanınmış elm xadimləri ilə yanaşı, 31 ölkədən (Türkiyə Respublikası, Rusiya Federasiyası Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Pakistan, Niderland, İspaniya və s.) ixtisaslaşmış elm və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri iştirak edirlər.
Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və beynəlxalq konqresin Azərbaycanda 8-ci dəfə təşkil olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, üç gün davam edəcək beynəlxalq tədbirdə dünyanın bir çox ölkələrinin aparıcı mütəxəssisləri tərəfindən qastroentrologiya və cərrahiyyənin müxtəlif sahələrini əks etdirən, müasir problemləri əhatə edən mühazirələrin geniş auditoriyaya çatdırılması nəzərdə tutulur. “Əminəm ki, beynəlxalq konqres qastroenterologiya və hepatoqastroenterologiya sahəsində eksperimental və klinik araşdırmalarda ən son nailiyyətlərlə tanış olmaq imkanı yaradacaq, eyni zamanda beynəlxalq elmi əməkdaşlığının möhkəmlənməsinə öz töhfəsini verəcək”, - deyə nazir müavini fikrini tamamlayıb.

Öz çıxışlarında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, Beynəlxalq konqresin sədri professor Rauf Ağayev qurumun yaranma tarixindən bəhs edərək, beynəlxalq tədbirin 1997-ci ildə Bakıda ilk dəfə məhz ümummilli lider Heydər Əliyevin dəstəyi ilə keçirilməsini vurğulayıblar.

Açılış mərasimində çıxış edən HEBİPA-nın sədri Halə Gökcan, Birləşmiş Avropa Qastroenteroloqlarının sədri Matias Lör, Avropa Qaraciyər Araşdırma Assosiasiyasının baş katibi Aleksandr Kraq, Ankara Universiteti Tibb fakültəsinin dekanı Zəhra Aycan, Hacettepe Universiteti Tibb fakültəsinin dekanı Deniz Demiryürek və digər xarici qonaqlar geniş coğrafi areala malik olan beynəlxalq konqresin növbəti dəfə Azərbaycanda keçirilməsindən məmnunluqlarını bildirərək, alim və həkimlərimizin dünya tibb elminə verdikləri töhfələrini yüksək qiymətləndiriblər.

Daha sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.
Beynəlxalq elmi-praktiki konqres öz işini plenar iclaslarla davam etdirib. Sessiyalarda “Dünyada və Türkiyədə mədə-bağırsaq xəstəliklərinin yayılması”, “Özbəkistanda canlı qohum donordan qaraciyər transplantasiyasının inkişafı”, “Qazaxsanda qaraciyərin canlı donor transplantasiyası” və digər məruzələr dinlənilib. Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb. Ümumilikdə, üç gün davam edən Konqresdə 400-dən çox yerli və xarici mütəxəssislər qatılıb.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi, həmçinin XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 30 DTT kredit balı ilə qiymətləndirilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.