Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda “Böyük Qayıdış” Proqramı çərçivəsində tibbi xidmət göstərib

İşğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkarlanması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə Səhiyyə Nazirliyinin təşkil etdiyi səyyar tibbi müayinələr davam edir.

“Böyük Qayıdış” Proqramı çərçivəsində növbəti tibbi aksiya Xocalı rayonunda keçirilib. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun mütəxəssisləri tərəfindən təşkil olunan müayinələr zamanı yerli sakinlərə müxtəlif istiqamətlər üzrə tibbi xidmətlər göstərilib.

Xüsusi tibbi avadanlıqlarla təchiz edilmiş mobil klinika və modul tipli səyyar laboratoriya sakinlərin yaşadıqları ərazidə müayinələrdən keçməsinə və zəruri diaqnostik xidmətlərdən yerində yararlanmasına imkan yaradıb.

Aksiya çərçivəsində pulmonoloq, ftiziatr, allerqoloq və kardioloqlarla yanaşı, şüa diaqnostikası və laboratoriya mütəxəssisləri də fəaliyyət göstəriblər. Flüoroqrafiya, rentgen, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ultrasəs müayinəsi (USM), spirometriya, Mantu sınağı və arterial qanın qaz tərkibinin analizi aparılıb.

Müayinələr zamanı sağlamlıq problemləri aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib, zəruri hallarda müalicə təyin olunub və əlavə müayinələr üçün ixtisaslaşmış həkimlərə yönləndirilmələr həyata keçirilib.

Ümumilikdə, aksiya zamanı Xocalının 147 sakini tibbi müayinələrdən keçib. Bununla yanaşı, sakinlərə ağciyər xəstəliklərinin əsas risk faktorları, ilkin əlamətləri və profilaktikası barədə məlumat verilib, sağlamlığın qorunmasında müntəzəm tibbi müayinələrin əhəmiyyəti izah olunub.

Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış” Proqramı çərçivəsində bu cür tədbirlərin işğaldan azad olunmuş digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur. Səyyar tibbi xidmətlərin təşkili əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına və ixtisaslaşmış tibbi xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.