Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq İlqar Qasımov: Ötən müddət ərzində Vətən müharibəsində ağır yaralanan qazilərimizə 264 əməliyyat həyata keçirilib

- İlqar müəllim, müsahibələrinizin birində qeyd etmişdiniz ki, 44 günlük İkinci Qarabağ müharibəsi əsgərlər üçün başa çatıb, lakin həkimlər, xüsusən də ortopedlər üçün o davam edir və təəssüf ki, uzun illər davam edəcək. Bilmək istərdik ki, ötən müddət ərzində Vətən müharibəsində ağır yaralanan qazilərimizə nə qədər ortopedik əməliyyat aparılıb?

- Ortoped və travmatoloqlarımız İkinci Qarabağ müharibəsində ağır yaralanan qazilərimizi daim nəzarətdə saxlayırlar. Belə ki, ötən müddət ərzində onlara 264 əməliyyat həyata keçirilib. Bundan əlavə, 27 ildən sonra bağırsaqlarından güllə yarası almış Birinci Qarabağ müharibəsi veteranını əməliyyat etdik. Çox ciddi və mürəkkəb əməliyyat oldu, çünki xeyli vaxt keçmişdi və yoluxucu ağırlaşmaların inkişafı üçün potensial risk faktorları çox yüksək idi. Həmçinin, YAŞAT Fondunun dəstəyi ilə mükəmməl davamlılığa və etibarlılığa malik ən müasir keramika implantlarından istifadə etməklə 7 artroplastika əməliyyatı həyata keçirdik.

- Vətən Müharibəsi iştirakçıları Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hansı problemlərlə bağlı müraciət edirlər?

- Hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alırıq.

Bu müraciətləri təxminən 4 qrupa bölmək olar. Birinci qrup, yalançı oynaqlar (psevdoartroz - bitişməyən sınıq). Güllə yarası (müştərək ətrafın travması) olanda qidalanma pozulur, damarlar zədələnir və termik yanıqlar olur. Qeyd etmək istərdim ki, psevdoartrozla, adi sınıqlardan fərqli olaraq, sümük daha gec bitişir. Hətta elə hallar olur ki, yalançı oynaqlar əmələ gəlir.

İkinci hal, sıxılma sindromu (kompartment sindromu) nəticəsində xəstələrdə paralitik vəziyyətlər (periferik sinir sisteminin zədələnməsi), xüsusən də xəstənin biləklərin və dabanların (“paralitik" pəncələr - pəncə reflekslərinin enməsi). Bu xəstələr əlbəttə ki, uzunmüddətli ortopedik yardıma ehtiyacı olan xəstələrdir.

Üçüncü qrupa aiddir uzun borulu sümüklərinin, xüsusən də aşağı ətrafların defektləri. Müsahibələrimin birində qeyd etmişdim ki, Vətən müharibəsi qazisinin 24 santimetrlik sümük defekti aradan qaldırılıb. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri səthi bərpa olunub. Ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub. Bu, kifayət qədər uzun prosesdir, çünki gün ərzində sümükdə cəmi 1 millimetrə qədər bərpa prosesi gedir.

Xəstələrin sonuncu qrupu güllə yaralarından sonra oynaqdaxili sınıqları olan xəstələrdir. Bunlar əsasən iri oynaqların (bud-çanaq və diz oynaqlarının) sınıqlarıdır. Təbii ki, artikulyar səthin hər hansı zədələnməsi, xüsusən də güllə yarası, oynaqların invalizasiyasına və kontrakturasına səbəb olur (xroniki ağrı sindromu).

- Hansı hallarda oynaq artroplastikası aparılır?

- Terapevtik müalicənin lazımi hərəkətliliyi təmin etmədiyi və onların işləməsi insanda ağrılara səbəb olan hallarda oynaqların artroplastikası (bud-çanaq oynağı endoprotezləşdirilməsi) aparılır. Qeyd etmək istərdim ki, biz böyük oynaqların artroplastikasında çoxlu təcrübə toplamışıq.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.