Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Dilarə Xəlilova: Sağlam həyat tərzi insultun qarşısını almaq üçün edə biləcəyiniz ən yaxşı vasitələrdən biridir

- Bildiyiniz kimi, oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günüdür. Dilarə xanım, insult nədir və hansı növləri var?

- İnsult beyinin müəyyən bir nahiyəsinin zədələnməsinə gətirib çıxaran qan dövranının kəskin pozulmasıdır.

Oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir. Həmin günün yaranma tarixi 2004-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının insultu qlobal epidemiya elan etdiyi vaxtdan başlanıb və bundan iki il sonra İnsultla Mübarizə üzrə Ümumdünya Təşkilatı yaradılıb.

Hər il 16-17 milyon insan insult keçirir. İnsultla bağlı ölüm halları 30-35%, ümumi ölüm sayının isə 11% təşkil edir. Beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdə durur. Belə ki, insult keçirən xəstələrin 31% kənar şəxslərin köməyinə möhtac qalır, 20 %-də hərəki funksiya bərpa olunmur, yalnız 8-10% insanlar əvvəlki işinə və həyat tərzinə qayıda bilir.

İnsultun yaranma mexanizminə görə əsas 2 növü vardır: işemik və hemorraqik. İşemik növü bütün insultların 80-85%, hemorraqik isə 15-20% təşkil edir. İşemik insult zamanı beyin damarlarında trombotik, embolik tutulma yaranır, həmin hövzədə qan təchizatı pozulur və nekroz yaranır.

Hemorragik insult serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Bu növ insultun əsas yaranma səbəbi beyin damarlarının anevrizması, arteriovenoz transformasiyası və ya damar divarının ateroskleroz nəticəsində kövrəkliyi olur. Subaraxnoidal qansızma cavan insanlara xasdır. Qəflətən başlayır, başgicəllənmə, gözdə sayrışma, başda küy, kəskin baş ağrısı, ürəkbulanma, qusma, şüurun pozulması, psixomotor oyanma, meningial sindrom qeyd olunur. Epileptik tutmalar, tənəffüs, ürək-damar pozulmaları baş verə bilər. Qeyd edim ki, hər iki insult növündə zədələnmmiş beyin nahiyəsi öz funksionallığını itirir və geriyədönməz nevroloji defisitə gətirib çıxarır.

- Xəstəliyin simptomlarına və əlamətlərinə nələr daxildir?

- İşemik insultun klinik təzahürləri müxtəlifdir və hansı arterial hövzədə olmasından bir başa asılıdır.

Ümumi klinik əlamətləri aşağıda göstərilənlər ola bilər: bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində hərəkətin (plegiya) və ya hissiyyatın pozulması, görmənin zəifləməsi, nitqin aydınlığının pozulması (dizartriya), hərəkətlərin koordinasiyasının pozulması, baş gicəllənməsi, udma aktının pozulması, qıcolma tutmaları, yaddaşın, tanıma qabiliyyətinin pozulması, şüurun pozulması.

İnsultun baş verdiyini nə qədər tez anlayıb, tez bir zamanda xəstəxanaya çatdırmasının xəstə üçün böyük əhəmiyəti vardır. Bu səbəbdən bütün dünyada əhalini maarifləndirmək üçün BE FAST sindromu öyrədilir.

B (balans) – tarazlıq və yerişin pozulması,

E (eye) - görmə pozulması,

F (face) – üzün və ya ağız bucağının əyilməsi,

A (arm) - xəstənin əlində və ayağında (yaxud yalnız əldə, yalnız ayaqda) qəflətən yaranan zəiflik və ya hərəkətsizlik,

S (speech) - Nitqin aydınlığının pozulması və ya olmaması,

T (time) - dərhal, vaxt itirmədən təcili yardıma müraciət etmək.

- İnsultu yaradan risk faktorları hansılardır?

- Yüksək qan təzyiqi, şəkərli diabet, hiperxolesterinemiya, səyrici aritmiya, qanın reoloji dəyişiklikləri, zərərli vərdişlər (siqaret, alkoqol, oturaq həyat tərzi, piylənmə, irsiyyət və s.)

- İnsultdan qorunmaq üçün nələrə diqqət etməliyik?

- İnsultun insandan asılı olan və olmayan səbəbləri vardır. Təbii ki, insan yaşını, cinsini, irsiyyətini dəyişə bilmədiyinə görə özünü nə qədər qorusa da, insulta tutulma ehtimalı var. Lakin həyat tərzinə diqqət edilsə, bu ehtimal minimuma qədər endirilə bilər. Belə ki, insan sağlam qidalanmalı, çəkiyə diqqət etməli, aktiv həyat tərzi aparmalı, zərərli vərdişlərdən uzaq olmalıdır. Əgər öncə sadaladığım risk faktorları (təzyiq, şəkər, qanda xolesterin səviyyəsi, laxtalanma, ürək-damar xəstəlikləri) varsa, onları mütləq şəkildə kontrol altında saxlamalı, vaxtlı-vaxtında müayinələrdən keçməlidir.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.