Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında aparılan səhiyyə islahatları ilə tanış olub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və yeni yaradılan tibb müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq məqsədilə Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.
İki gün davam edən səfər çərçivəsində əvvəlcə nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildirib.

Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Naxçıvanda tibb sahəsində həyata keçirilən islahatlar çərçivəsində xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərə göstərilən tibbi xidmətin vahid mərkəzdən və müasir səviyyədə təşkili məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzinin açılışında iştirak edib. Eyni zamanda, şəhid ailələrinin və müharibə iştirakçısı olan veteranların sosial və psixoloji rifahının gücləndirilməsi, onların psixoloji reabilitasiyasına sistemli şəkildə dəstək göstərilməsi məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Psixoloji Sağlamlıq Mərkəzi və Təcili Tibbi Yardım Xidməti ilə tanışlıq olub.

Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov və Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov iştirak ediblər.

Hemodializ Mərkəzində yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş müəssisədə pasiyentlərə komfortlu şəraitdə xidmət göstərilməsi üçün bütün imkanlar yaradılıb. Həmçinin, Mərkəzin yaradılma məqsədi, tikinti və texniki təchizat işləri, eləcə də gələcək fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Psixoloji Sağlamlıq Mərkəzində şəhid və veteran ailələrinə psixoloji yardım və reabilitasiya xidmətləri, habelə fərdi və qrup terapiyası otaqları fəaliyyət göstərəcək.
Eyni zamanda, bildirilib ki, Təcili Tibbi Yardım Xidmətinin mövcud avtomobil parkı müsair avadanlıqlarla təchiz olunub.

Nümayəndə heyətinə muxtar respublikada səhiyyə sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər və dövlət proqramları çərçivəsində icra olunan layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı çərçivəsində bir sıra mühüm layihələr icra olunur.
Qonaqlar Treninq və Simulyasiya Mərkəzinin fəaliyyəti, habelə Ağız və Diş Sağlamlığı Mərkəzində aparılan təmir-tikinti işləri ilə tanış olublar.

Səfər çərçivəsində Babək rayonu üzrə Qahab, Culfa rayonu üzrə Əbrəqunus, Ordubad rayonu üzrə Vənəd və Dəstə Kənd Ailə Sağlamlıq Mərkəzlərində yaradılan şəraitə baxış keçirilib.
Nümayəndə heyəti səfər çərçivəsində yeni Naxçıvan Səhiyyə Kompleksi layihəsi ilə tanış olub. Kompleks çərçivəsində pediatriya, cərrahiyyə, reanimasiya, fizioterapiya və digər ixtisaslaşmış tibbi xidmətlərin vahid məkanda, müasir standartlara uyğun şəkildə təşkili nəzərdə tutulur.
İstismara verilməyə hazırlanan Oksigen İstehsalı Müəssisəsi ilə də tanışlıq olub. Qeyd edilib ki, müəssisədə oksigenin istehsalı, tibb müəssisələrinə çatdırılması və təhlükəsizliyə nəzarət proseslərinin müasir tələblərə uyğun təşkili nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Dəstək və Çağrı Mərkəzləri, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası, İctimai Səhiyyə Xidmətinə baxiş keçirilib, müaəssisələrin ümumi vəziyyəti, tibbi xidmətin təşkili və burada yaradılan şəraitlə tanışlıq olub.
Sonda Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin müasirləşdirilməsi və infrastrukturun inkişafı istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Son yenilənmə tarixi : 2025-10-17 17:12
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.