Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində tanınmış mütəxəssislər tərəfindən dördgünlük təlim proqramı keçirilib

Martın 6-dan 9-dək Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində (PSM) “Tədqiqat təklifləri necə yazılmalıdır” adlı dördgünlük təlim proqramı keçirilib. Təlim Psixi Sağlamlıq Mərkəzi ilə Çikaqo Universiteti (ABŞ) arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Azərbaycanda müəssisələrdən reinteqrasiya olunmuş uşaqlar üçün qabaqlayıcı (preventiv) yanaşmaların optimallaşdırılması” adlı tədqiqat layihəsinin bir hissəsidir.

Treninqlər psixi sağlamlıq üzrə tanınmış mütəxəssislər - Harvard Universitetinin (ABŞ) uşaq psixiatrı Prof. Kerim Munir və Bahçeşəhər Universitetinin (İstanbul, Türkiyə) uşaq və yeniyetmə psixiatrı Prof. Özgür Öner tərəfindən aparılıb. Hər iki mütəxəssis uşaq psixiatriyası üzrə tədqiqat təklifləri yazmaq və tədqiqat layihələri ilə bağlı maliyyə təmin etmək sahəsində uzunmüddətli təcrübəyə malikdirlər.

Tədbirdə çıxış edən Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov təlim proqramının Kerim Munir və Özgür Öner kimi psixi sağlamlıq üzrə tanınmış mütəxəssislər tərəfindən aparılmasının əhəmiyyətini vurğuladı.

Qeyd edək ki, təlim proqramı tədqiqat təklifi yazmaq bacarıqlarını təkmilləşdirməklə bağlı maraqlı olan tədqiqatçılar, klinik psixoloqlar və psixi sağlamlıq mütəxəssisləri üçün nəzərdə tutulub. İştirakçılar uğurlu tədqiqat layihəsinin əsas elementləri, o cümlədən tədqiqat dizaynı və layihənin idarə edilməsi haqqında vacib məlumatlar əldə ediblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.