SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyinin rəhbər şəxsləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür

Dekabrın 12-i müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.
Ümummilli Liderin vəfatının 20-ci ildönümü ilə əlaqədar bu gün Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. "Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumları tərəfindən Bakı şəhərində və respublikanın bölgələrində tədbir və beynəlxalq elmi-praktik konfranslar keçirilib.
Ümummilli lider Heydər Əliyev Azərbaycan səhiyyəsinə və tibb işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərib. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq. Allah rəhmət eləsin!

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.