Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 mindən çox Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır

Mayın 19-də Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) və Ölkə Əlaqələndirmə Komitəsinin təşəbbüsü ilə “İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, sıfır ayrıseçkilik - stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə" adlı tədbir keçirilib.

Tədbirdə “Ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət” adlı təqdimat ilə RQMM-in direktoru Famil Məmmədov çıxış etdi.
Onun sözlərinə görə, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur: “Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2022-ci ilin aprelinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5 min 611-i kişi, 2 min 448-i qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1960, İİV infeksiyasından vəfat edən Azərbaycan vətəndaşlarının sayı isə 1181 nəfərdir”.

Mərkəzin direktoru diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşları arasında 1987-ci ildən bu ilin aprelinədək olan müddət ərzində aşkar olunan halların 37,2 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. “Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib”, - deyə F.Məmmədov fikrini tamamladı.

Sonra Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının əməkdaşı Elçin Muxtarlının və digərlərinin çıxışları dinlənilib və təqdimatlar edilib.

Sonda tədbir iştirakçılarının və KİV əməkdaşlarının sualları cavablandırılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.