“Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun aprelin 2-də video-konfrans formatında növbəti iclası keçirilib.

Görüşdə 2024-cü il üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər, yeniliklər, hədəflər, eyni zamanda ötən ilin yekunlarına dair icmal səhiyyə sistemi işçi qrupunun katibi tərəfindən iclas iştirakçılarına təqdim edilib. Təqdimatda hesabat ili ərzində Fəaliyyət Planı əsasında görülən tədbirlərin icra vəziyyəti barədə hər bir üzv qurum tərəfindən əsas məlumatların qısa xronikası öz əksini tapıb, qurumların yekun fəaliyyətini əks-etdirən slaydlar nümayiş olunub.

Video-konfrans formatında baş tutan toplantıda sahibkarlıq subyektlərindən daxil olmuş müraciətlərdə qaldırılan məsələlərə dair geniş müzakirələr aparılıb və həlli yolları barədə təkliflər dinlənilib. Sözügedən məsələ ətrafında, həmçinin qida təhlükəsizliyi sahəsində özəl müayinə laboratoriyalarının sayının məhdud olması, qida təhlükəsizliyi sahəsində göstərilən xidmətlər üzrə tariflərin sahibkarlar tərəfindən yüksək hesab edilməsi barədə işçi qrup nümayəndələri arasında geniş müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tərəfindən mövcud məsələyə münasibət bildirilib.

Komissiya Katibliyinin rəhbərinin, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndələrinin iştirak etdiyi görüşdə növbəti iclasda müzakirəsi nəzərdə tutulan məsələlər barədə işçi qrup üzvlərinə müvafiq tapşırıqlar verilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.