Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

"Sümük iliyi donorluğu həqiqətən də təhlükəsizdir? - Səhiyyə Nazirliyi mütəxəssisindən cavab

Sümük iliyi donorluğu minlərlə insanın həyatını xilas edə bilər. Amma bu proses haqqında nə qədər məlumatlıyıq?
Səhiyyə Nazirliyinin mütəxəssisi Nərgiz Əliyeva ilə bu mövzunu dərindən araşdırdıq.


- Nərgiz xanım, ilk öncə bilmək istərdik ki, sümük iliyi donoru olmaq nə deməkdir?

- Sümük iliyi donoru olmaq donora zərər yetirmədən müəyyən miqdarda sümük iliyinin alınması prosedurudur. Bu, həyati təhlükəli qan xəstəliklərinin müalicəsi üçün könüllü şəkildə sümük iliyi vermək deməkdir.
Uyğun donordan bəzən cərrahi üsulla, bəzən isə qandan periferik hematopoetik kök hüceyrələr xüsusi aparat vasitəsilə toplanır. Əlbəttə ki, əməliyyat yalnız könüllülük əsasında həyata keçirilir.


- Doktor, sümük iliyi kimlərə lazımdır?

- Sümük iliyi genetik və onko-hematoloji xəstələrə lazımdır. Buraya talassemiya, leykoz, aplastik anemiya və digər qan xəstəliklərini misal göstərmək olar.
Sümük iliyi transplantasiyasına ehtiyac yaranırsa, bu, xəstənin öz kök hüceyrələrinin genetik cəhətdən sağlam olmaması və ya sonradan zədələnməsi ilə bağlıdır.
Leykoz, limfoma, çoxsaylı miyelom və aplastik anemiya kimi xəstəliklərdə sümük iliyi transplantasiyası vacibdir.
Donordan alınan sümük iliyi və ya periferik qandan toplanmış kök hüceyrələr xəstənin zədələnmiş hüceyrələrini əvəzləyərək həyat qurtaran müalicə üsulu rolunu oynayır.

- Donorluq hansı hallarda həyat xilas edə bilər?

- Donorluq yalnız sümük iliyi ilə məhdudlaşmır. Qan, orqan və toxuma donorluğu da həyat xilas edən müqəddəs bir addımdır.
Qan donorluğu – talassemiya xəstələri, qəza qurbanları, xərçəng xəstələri və əməliyyat olunanlar üçün həyati əhəmiyyət daşıyır.
Böyrək, ürək, ağciyər və qaraciyər kimi orqan donorluğu orqan çatışmazlığı olan xəstələr üçün yeganə müalicə üsuludur.
Buynuz qişa, sümük və dəri kimi toxuma donorluğu isə yanıqlardan, xəsarətlərdən və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların görmə, hərəkət və digər funksiyalarını bərpa etməyə kömək edir.


- Sümük iliyi donorluğu təhlükəlidirmi?

- Sümük iliyi donorluğu donorun həyatı üçün təhlükəli deyil. Prosedur ümumi anesteziya altında aparıldığı üçün ağrı hiss olunmur. Donorun sağlamlığının qorunması məqsədilə əməliyyatdan əvvəl və sonra xüsusi tibbi müayinələr aparılır.


- Kimlər sümük iliyi donoru ola bilər?

- Donor olmaq üçün şəxsin heç bir ciddi xəstəliyi olmamalı və yaşı, ölkədən asılı olaraq, əsasən 18–44 və ya 18–60 aralığında olmalıdır.
Donorun sağlam olması ilə yanaşı, alıcı ilə İnsan Leykosit Antigeni (HLA, Human Leukocyte Antigens) baxımından uyğunluğu da mütləqdir.
Uyğunluq olmadığı və ya donorun sağlamlıq vəziyyətində risk yaradan hallar müşahidə olunduqda, donor olmaq imkansız olur. Bu səbəbdən hərtərəfli tibbi yoxlanış vacibdir.


- Donor və xəstənin uyğunluğu necə müəyyən olunur?

- Sümük iliyi transplantasiyası üçün əsas meyar İnsan Leykosit Antigenlərinin (HLA) uyğunluğudur.
Qan qrupunun (A, B, AB, O) uyğunluğu vacib sayılmır. HLA uyğunsuzluğu xəstənin orqanizmində immun reaksiyalara və hüceyrələrin rədd olunmasına səbəb ola bilər.
Bundan başqa, xəstənin qanında donor hüceyrələrinə qarşı əvvəlcədən mövcud olan anticisimlərin olub-olmadığını müəyyən etmək üçün çarpaz uyğunluq testi də aparılır.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.