“Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı olub

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (ISIM) Azərbaycan xalqının ümumilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş foto-sərginin və bu materiallar əsasında hazırlanan albom-kataloqun təqdimatı keçirilib. Sərgidə Ulu Öndərin səhiyyə və tibb müəssisələrində, səhiyyə işçiləri ilə görüşlərini əks etdirən 50-dən çox foto nümayiş edilib.

Tədbirdə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, zəngin həyat yolu və fəaliyyəti ilə adını tarixə yazan ulu öndər Heydər Əliyevi səhiyyə işçiləri hər zaman böyük hörmət və ehtiramla anırlar: “Ümummilli Lider Azərbaycanda hər bir sahənin, o cümlədən səhiyyə və tibbin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi. Ulu Öndərin rəhbərliyi ilə, səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə və insanların sağlamlıqlarının qorunmasına xidmət edən 15-dən çox qanun qəbul olundu. Bu qanunlar ölkəmizdə səhiyyənin inkişafına təsir edən mühüm addımlar idi”.

“Heydər Əliyev və səhiyyə” mövzusunda çıxış edən İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva vurğuladı ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı, xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı: “Səhiyyənin marifləndirilməsi, əhalinin tibbi məlumatlılığının artırılması istiqamətində görülən işləri Ulu Öndər yüksək qiymətləndirirdi”.

Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqının hər bir nümayəndəsinin sağlamlığına həssaslıqla yanaşırdı.
Açılışda Ulu Öndərin səhiyyə və tibb müəssisələrinin açılışındakı fotolar əsasında hazırlanan video nümayiş olundu, səhiyyə və tibb işçiləri ürək sözlərini bölüşərək, ümumilli lider Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad etdilər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.