SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Vətən, xalq naminə fədakarlıq, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət...

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür

Dövlətinin və xalqının maraqlarını hər şeydən daim üstün tutan görkəmli ictimai-siyasi xadim Mehriban Əliyeva Birinci xanım kimi Azərbaycan Respublikasının inkişafı naminə yorulmadan çalışır və ölkəmizin tərəqqisinə layiqli töhfələr verir. Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərində irəli gələn əzmkar və çoxsahəli fəaliyyətinin təməlində xalqa layiqli xidmət dayanır.
Xeyirxahlığı, mərhəməti, insanlara qayğı, sevgisi, nəcib təşəbbüsləri və bənzərsiz ictimai fəaliyyəti ilə Mehriban xanım cəmiyyətin bütün təbəqələrinin dərin rəğbət və hörmətini qazanıb.
Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi ilə Ümummilli Liderimizin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji-humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlir, xalqımızın rifahına yönəlmiş irimiqyaslı layihələrin təşəbbüskarı və fəal icraçısıdır.
Birinci vitse-prezidentin təşəbbüsü ilə digər sahələrlə yanaşı, səhiyyənin tərəqqisi naminə irimiqyaslı layihələr uğurla həyata keçirilir.
Vətən Müharibəsindən dərhal sonra Birinci vitse-prezidentin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzi müharibə veteranlarının xidmətinə verilib. Mehriban xanımın təşəbbüskarı olduğu “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, digər mərhəmət, həyat dolu layihələr, xeyriyyə aksiyaları böyük sevgi və rəğbətlə qarşılanır.
Hamıya örnək olan genişmiqyaslı fəaliyyətinin əsasını əməli işi ilə təsdiq edən Mehriban xanım Azərbaycan qadınlarının lideridir.
İxtisasca həkim olan Mehriban xanım Əliyeva səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir.
Birinci vitse-prezident Mehriban Əliyevanın “həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir” söylədiyi fikirlər bu sahənin nümayəndələrinə əlavə stimul verir.
Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayır, Azərbaycan Respublikasının Prezidenti ilə birgə Vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətlərində yeni-yeni uğurlar diləyir!

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.