X Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan səhiyyə naziri ilə UNAIDS-in İcraçı direktoru arasında görüş keçirilib

Bu gün X Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) İcraçı direktoru, BMT-nin Baş katibinin müavini xanım Vinni Byanyima arasında görüş keçirilib.

Qlobal Bakı Forumunda iştirak etdiyinə görə UNAIDS-in İcraçı direktoruna təşəkkürünü bildirən Teymur Musayev Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini vurğuladı.

X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirən Vinni Byanyima Forumun çox yüksək səviyyədə təşkil olunduğunu dedi. UNAIDS-in İcraçı direktoru Azərbaycanın AİDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirdi.

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.