Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Zaqafqaziyada ilk: Səhiyyə Nazirliyinin Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində unikal kraniofasial əməliyyat həyata keçirilib

Nazirliyin Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində Crouzon sindromundan əziyyət çəkən xəstə üzərində yüksək mürəkkəblik dərəcəsinə malik kraniofasial rekonstruktiv əməliyyat uğurla həyata keçirilib.

Əməliyyat Mərkəzin Plastik və Rekonstruktiv Cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru, plastik cərrah Elçin Məmmədov tərəfindən icra olunub. Cərrahi müdaxilə zamanı trepanasiya mərhələsini neyrocərrah Afər Allahverdiyev həyata keçirib.

Xəstəyə monoblok frontofasial osteotomiya prinsiplərinə uyğun kraniofasial osteotomiya əməliyyatı icra edilərək fronto-orbital kompleks və orta üz nahiyəsi birlikdə önə çəkilib. Əməliyyat çərçivəsində hər iki tərəfə 2 ədəd olmaqla ümumilikdə 4 distraktor yerləşdirilib.

Postoperativ 1 həftədən sonra distraksiya mərhələsinə başlanılıb və orta üz nahiyəsi ümumilikdə 8 mm önə çəkilib.

Crouzon sindromu əsasən FGFR2 gen mutasiyası nəticəsində yaranan, kəllə süturlarının erkən bağlanması ilə xarakterizə olunan anadangəlmə kraniofasial inkişaf pozğunluğudur. Bu patologiya zamanı orta üz hipoplaziyası, ekzoftalm, tənəffüs pozğunluğu, yuxu apnoesi, görmə problemləri və ciddi estetik-funksional deformasiya müşahidə olunur.

İcra edilən əməliyyat plastik və kraniofasial cərrahiyyənin ən mürəkkəb müdaxilələrindən biri hesab edilir və Zaqafqaziya regionunda ilk dəfə uğurla həyata keçirilib.

Mütəxəssislərin sözlərinə görə, bu tip əməliyyatlar yalnız multidissiplinar komanda, yüksək texnoloji imkanlar və xüsusi cərrahi təcrübə tələb edən ixtisaslaşmış mərkəzlərdə uğurla icra oluna bilər.

Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində həyata keçirilən bu əməliyyat Azərbaycanda kraniofasial və rekonstruktiv cərrahiyyənin inkişafında mühüm mərhələ və ölkə səhiyyəsi üçün əlamətdar nailiyyət hesab olunur.

Son yenilənmə tarixi : 2026-06-25 16:21
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.