SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan Səhiyyə Nazirliyində Belçika səfiri ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində Belçikanın Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb. Teymur Musayev, həmçinin tibb işçilərinin təcrübə mübadiləsi və bacarıqlarının təkmilləşdirilməsi üçün treninqlərin təşkilinin mümkünlüyünü qeyd edib. Nazirin sözlərinə görə, əczaçılıq sənayesində əməkdaşlıq potensialı da mövcuddur.

Öz növbəsində Julien de Frepon Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.