Azərbaycan Səhiyyə Nazirliyində İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin direktoru ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin direktoru Aşer Şalmonla görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb: “Ölkələrimizin səhiyyənin nəzdində olan yüksək texnologiya - virusologiya, mikrobiologiya və səhiyyənin digər sahələrində əməkdaşlıqdan və qarşılıqlı fəaliyyətindən məmnunuq”.
Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin direktoru ölkələrimiz arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb. Aşer Şalmon İsrail Səhiyyə Nazirliyinin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqda maraqlı olduğunu bildirib.
Görüş zamanı İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunmasının vacibliyi vurğulanıb. Bundan əlavə, ölkələrimizin səhiyyə nazirlikləri arasında tibbi heyətin təlimlər keçməsi, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, ikili diplom proqramının hazırlanması, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, hər iki ölkənin səhiyyə nazirlərinin səfər perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.