Azərbaycan Səhiyyə Nazirliyində İsrailin məşhur neyrocərrahı ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində ölkəmizdə işgüzar səfərdə olan tanınmış neyrocərrah, İsrailin Soroka Universiteti Tibb Mərkəzinin Neyrocərrahiyyəsi şöbəsinin direktoru Dr. Mikki Gideonla görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlıq nümunəvidir: “İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Ölkələrimizin səhiyyənin nəzdində olan yüksək texnologiya - virusologiya, mikrobiologiya və səhiyyənin digər sahələrində əməkdaşlıqdan və qarşılıqlı fəaliyyətindən məmnunuq. Bundan əlavə, Azərbaycan Tibb Universiteti İsrailin Ben Gurion Universiteti və Soroka Tibb Mərkəzi ilə fəal əməkdaşlıq edir”.
Teymur Musayev çıxışında doktor Gideonun karyerası ərzində bir sıra unikal əməliyyatların həyata keçirdiyini vurğulayaraq, bildirib ki, onlardan bəziləri neyrocərrahiyyə sahəsində innovativdir: “Eyni zamanda, siz ictimai fəaliyyətlərə də vaxt ayırırsınız. Belə ki, 2021-ci ilin oktyabrında Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya səfər etdiniz. Səfər zamanı Azərbaycan Tibb Universitetinin tələbələri qarşısında çıxış edib, yerli neyrocərrahlarla görüşüb, həmçinin Azərbaycanda klinikalardan birində pasientləntlərə təmənnasız konsultasiya həyata keçirdiniz”.

Sonda Azərbaycan səhiyyə naziri müştərək elmi tədqiqat işlərinin aparılmasının vacibliyini vurğuladı.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən doktor Mikki Gideon Bakıya yenidən səfər etməkdən məmnunluğunu bildirdi. O, təmsil etdiyi tibb mərkəzinin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğu vurğulayıb. Diqqətə çatdırılıb ki, Soroka klinikası İsrailin ən böyük müalicə-diaqnostika mərkəzlərindən biridir. Tibbi mərkəzin müasir avadanlıqları xəstəliklərə ən erkən mərhələdə diaqnoz qoymağa imkan verir ki, bu da öz növbəsində daha dəqiq və effektiv müalicəyə kömək edir.

Sonda doktor Gideon pediatriya, eləcə də səhiyyənin digər sahələrində multidissiplinar yanaşmanın təmin etməsi üçün hər cür köməklik göstərməyə hazırdır olduğunu bildirdi.
Görüş zamanı pediatriya, eləcə də digər ixtisaslar üzrə tərəfdaşlığın gücləndirilməsi, Azərbaycanda müasir uşaq reanimasiya şöbələrinin yaradılması, İsraildə Azərbaycanlı həkimlər üçün təqaüd proqramları müzakirə olunub. Həmçinin, gələcəkdə Azərbaycanın bölgələrində Tədris Simulyasiya Mərkəzinin yaradılması, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Soroka Tibb Mərkəzinin əməkdaşlığın qurulması və inkişaf etdirilməsi və pediatriya sahəsində davamlı təhsilin gücləndirilməsi və səhiyyədə rəqəmsallaşma perspektivləri müzakirə edilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.