“Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” panel sessiyalarla davam edir

Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyənin səhiyyə nazirliklərinin təşkilati dəstəyi ilə Bakıda ikigünlük “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” keçirilir.

Müştərək reallaşan səhiyyə biznes forumunun ikinci günündə Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalovun moderatorluğu ilə “Səhiyyədə tədqiqat və inkişaf, peyvənd tədqiqatlarında əməkdaşlıq” mövzusunda panel sessiya keçirilib. Nadir Zeynalov tədqiqat və inkişaf etdirmə (Research&Development) barədə məlumat verərək, bu işlərin peyvəndlərin hazırlanması prosesində mühüm rol oynadığını vurğulayıb. Əksər texnoloji şirkətlərin bazarda rəqabət qabiliyyətini saxlamaq məqsədilə yeni məhsulların ortaya çıxarılması, mövcud məhsulların yaxşılaşdırılması üçün tədqiqat və inkişafa dayanıqlı sərmayəyə yönləndirilməsini bildirib. Tibb sahəsində bunun əsasən əczaçılıq sektorunda tətbiq edilməsi, hər il yeni dərman formulalarının dünya bazarına çıxarılması qeyd olunub.

“Səhiyyənin rəqəmsallaşdırılması, vətəndaşlara səmərəli xidmət və gələcək perspektivlər” panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə nazirin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov səhiyyə sisteminin təkmilləşdirilməsini ölkəmiz üçün prioritet məsələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısının müvafiq Fərmanının icrası məqsədilə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu nəzdində “Rəqəmsal səhiyyənin tətbiqinin genişləndirilməsi” alt işçi qrupu yaradılıb. İmzalanmış Fərmanda səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, rəqəmsal səhiyyənin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib.

Panel sessiyalarda Türkiyə Səhiyyə İnstitutunun (TUSEB) direktoru Erhan Akdoğanın, TUSEB-in Peyvənd İnstitutunun direktoru Ateş Karanın, Azərbaycan Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyevin və digərlərinin məruzələri dinlənilib, məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Sonra mövzu ilə bağlı suallar verilib, müzakirə aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.