SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan və Albaniya səhiyyə nazirlərinin görüşü keçirilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Albaniya Respublikasının səhiyyə naziri Albana Koçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının mütəmadi görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb.
Teymur Musayev həmçinin, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Bundan əlavə, müalicəvi turizm sahəsində də əməkdaşlıq potensialı var: “Mineral su mənbələri və digər kurort-rekreasiya resursları Azərbaycana və Albaniyaya çoxlu turist cəlb edir. Bunu nəzərə alaraq, ölkələrimizin vətəndaşlarının sağlamlığının bərpası və reabilitasiyası məqsədilə sanator-kurort xidmətlərinin təkmilləşdirilməsi olduqca vacib məsələdir”.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Albana Koçi ölkələrimiz arasında dostluq əlaqələrin tarixi fakt olduğunu vurğulayıb: “Albaniya ilə Azərbaycan arasında fəal əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində - ilk növbədə BMT və İslam Əməkdaşlıq Təşkilatında da özünü göstərir”.
Albana Koçi çıxışında bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətini xüsusilə vurğulayıb.
Albaniyalı nazir, həmçinin ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.