SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycanla Türkmənistanın arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib

Səhiyyə Nazirliyində Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovla görüş keçirilib. Görüş tanışlıq xarakteri daşıyıb.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Qurbanməmmet Elyasovu Türkmənistanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir dövlət başçılarının mütəmadi görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Türkmənistan münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb.

Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edən Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb: “Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində Türkmənistan ilə əməkdaşlığımız beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır. Eyni zamanda, hazırda Azərbaycan Tibb Universitetində Türkmənistanın 6 vətəndaşı ali tibb təhsili alır”.

Qurbanməmmet Elyasovun səhiyyə sahəsində böyük təcrübəyə malik olduğunu və Türkmənistanın səhiyyə və tibb sənayesi naziri vəzifəsində çalışdığı illəri xatırladan Teymur Musayev ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Qurbanməmmet Elyasov Türkmənistanın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. O, tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasını bildirib.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, eyni zamanda, postcovıd dövründə ölkələrimizin vətəndaşlarının sağlamlığınin bərpası və reabilitasiyası məqsədilə sanatoriya-kurort xidmətlərinin təkmilləşdirilməsi müzakirə olunub.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.