SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Çin Xalq Respublikası Hökuməti Azərbaycan Respublikasına COVID-19 infeksiyası əleyhinə peyvənd təqdim etdi

2021-ci ilin 27 aprel tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə peyvəndin təqdim olunmasına həsr olunmuş təhvil-təslim Aktının imzalanma mərasimi keçirilib.

Tədbirdə AR Səhiyyə nazirinin müavini Viktor Qasımov, AR Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.

Tədbiri açılış nitqi ilə çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov Çin tərəfinin nümayəndələrinə ölkəyə gətirilən vaksinlərə görə minnətdarlığını bildirdi. Çin Xalq Respublikasının etibarlı tərəfdaş olduğunu qeyd edən nazir müavini, COVID-19 ilə mübarizə sahəsində əməkdaşlığın bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı.

Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında ÇXR Hökumətinin Azərbaycana təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə 150.000 doz peyvəndin təqdim edilməsinə həsr edilmiş təhvil-təslim mərasiminin təşkilinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü ifadə etdi.

Səfir, epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda bir-birlərinə kömək etdiklərini, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğuladı.

Səfir Qo Min Çin və Azərbaycan arasında etibarlı dostluq və tərəfdaş münasibətlərin mövcud olduğunu və bu münasibətlərin daha da dərinləşməsinə hazır olduqlarını qeyd etdi.

XİN-in Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev çıxışında Çin Hökuməti tərəfindən COVID-19 infeksiyası əleyhinə peyvəndin təmənnasız olaraq Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü ifadə etdi. O, Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini məmnunluqla qeyd etdi.

Ramil Rzayev Azərbaycan və Çin arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğunu və əməkdaşlığın bütün sahələrdə dinamik inkişafını diqqətə çatdırdı. O, ölkələrimiz arasında qarşılıqlı anlaşma və etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini əminliklə qeyd edərək, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın rifahı naminə daha da genişlənəcəyini vurğuladı.

Tədbirin sonunda Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVID-19 pandemiyası əleyhinə peyvəndlərin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları” imzalandı.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.