SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində Almaniyanın aparıcı farmasevtika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Farmasevtika sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlığın mövcudluğunu vurğulayaraq, əczaçılıq sahəsində də əlaqələrin dinamik inkişaf etməsini qeyd edib. Nazir Almaniyanın əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Almaniyanın biotexnologiya sahəsindəki nailiyyətləri dünyada əczaçılıq sənayesinin inkişafına təkan verir.

Azərbaycanda Almaniyanın farmasevtika sahəsi üzrə aparıcı şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində farmasevtika sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərinin rəhbərləri Azərbaycanla əməkdaşlığın daha da yüksək səviyyəyə olmasında maraqlı olduqlarını vurğulayıblar. Bildirilib ki, ölkəmizə ikigünlük işgüzar səfərin əsas məqsədi əməkdaşlıq imkanlarının müzakirəsi və gələcəkdə regionda planlaşdırılan layihələr haqqında məlumat verməkdir.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivlərini müzakirə etdilər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.