SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində Belçikanın tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində Belçikanın tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə həmçinin Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans da iştirak edib.

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır.

Ölkələrimiz arasında səhiyyə sahəsində də məhsuldar əməkdaşlıq əlaqələrin mövcudluğunu vurğulayan nazir bildirdi ki, yüksək keyfiyyətli müalicəsi ilə tanınan Belçika Səhiyyə Xidməti dünyada ən yaxşılardan hesab olunur: “Eyni zamanda, Belçika əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir”.

Öz növbəsində İBA-nin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Kirill Makarenko və “Orfit Industries” şirkətinin nümayəndəsi Yoxan Foke Azərbaycanla əməkdaşlığın daha da yüksək səviyyədə olmasında maraqlı olduqlarını vurğuladılar. Bildirildi ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üçün yüksək texnologiyalı tibbi avadanlıqlar istehsal edən İBA şirkəti proton terapiyası və dozimetriya sahəsində liderdir. Həmçinin şüa müalicəsinin istifadəsində fiksəedici avadanlıqlar istehsal edən “Orfit Industries” şirkəti xəstələrin immobilizasiyası və yerləşdirilməsi üzrə dünya üzrə aparıcı təchizatçıdır.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə apardılar.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.