Səhiyyə Nazirliyində Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Layl Şarpın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkələrimiz arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Öz növbəsində səfir Ceyms Layl Şarp 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəsissələrinin yaradılmasında Böyük Britaniyanın köməyini əsirgəməyəcəyini vurğulayıb. Ümumbəşəri bəlaya çevrilən COVID-19 pandemiyası məsələsinə toxunan Ceyms Layl Şarp, postkovid dövründə Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsinin daha da zəruri olduğunu qeyd edib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin əczaçılıq sənayesində gələcək əməkdaşlığın önəmliyini qeyd ediblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.