Səhiyyə Nazirliyində İsrailin tibbi məhsullar istehsal edən aparıcı şirkətlərindən birinin rəhbər şəxsləri ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibbi məhsulların istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbərləri ilə görüş keçirilib.

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığımızın nümunəvi olduğunu qeyd etdi: “İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Bunu əsas tutaraq, səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Eyni zamanda, səhiyyənin nəzdində olan yüksək texnologiya sahələrində - virusologiya, mikrobiologiya və digər istiqamətlərdə əməkdaşlığımız konsturiktivdir”.

Ölkələrimiz arasında əczaçılıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan nazir İsraildə güclü əczaçılıq sənayesinin yaradıldığını, elmi-tədqiqat bazasının inkişaf etdirildiyini, dərman vasitələrinin istehsalı sahəsində innovasiyaların tətbiq olunduğunu diqqətə çatdırdı.

Sonda Teymur Musayev əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən “Biopharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin tibbi təhsil, səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Həmçinin yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayesinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi bildirdi.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə apardılar.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.