Səhiyyə Nazirliyində Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Baxrom Aşrafxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan münasibətləri qədim tarixə malikdir və yüksələn xətt üzrə inkişaf edir: “Xalqlarımızı oxşar milli adət və ənənələr, ortaq dil qrupu, mədəniyyət və din birləşdirir. Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri xüsusi rol oynayır”.

Bildirilib ki, ölkələrimiz arasında səhiyyə sahəsində də uğurlu əməkdaşlıq əlaqələri qurulub, tibbin kardiologiya, invaziv radiologiya, transplantologiya və digər sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur.

İki qardaş ölkə arasında əməkdaşlıq formatının bir çox ölkələr üçün nümunəvi olduğunu vurğulayan Teymur Musayev gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişafına ümid etdiyini bildirib.

Öz növbəsində Baxrom Aşrafxanov ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq qurulmasını qeyd edib. Bildirilib ki, Özbəkistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsində, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsində maraqlıdır.

Azərbaycanın yeni növ koronavirus infeksiyası ilə mübarizədə mühüm uğurlar əldə etmiş ölkələr sırasında olduğunu vurğulayan Özbəkistan səfiri dost ölkələrin nazirlikləri arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin vacibliyini qeyd edib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın intensivləşdirilməsi, eyni zamanda əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.