Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı təqdim olunub
Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib.
Qeyd edək ki, sessiyanın bağlanış mərasimində xüsusi qonaq qismində Azərbaycan, Qazaxıstan, Əfqanıstan, Argentina, Malayziya, Avstraliya və Butanın dövlət və hökumət başçıları çıxış ediblər.
Ümumdünya Səhiyyə Assambleyasının prezidenti xanım Deçen Vanqmo dedi: Hörmətli nümayəndələr, indi isə Assambleyaya müraciət edəcək yüksək səviyyəli qonağımızı salamlamaqdan şərəf hissi duyuram. Sözü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevə verməkdən məmnunluq hissi keçirirəm.