Səhiyyə Nazirliyində ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində sentyabrın 19-dan 23-dək ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə və Səhiyyə Nazirliyində keçirilən görüşü xatırladan Teymur Musayev nüfuzlu səhiyyə təşkilatının rəhbərinin ölkəmizə səfərinin əlaqələrimizə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işləri, bu kontekstdə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib. Vurğulanıb ki, Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-nin Baş direktoru Tedros Qebreyesus tərəfindən də yüksək qiymətləndirilib.

Teymur Musayev həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəliyin ölkə səhiyyəsinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində fəallığını qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Halil İbrahim Durak qeyd edib ki, son 5 ildə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və tibbi xidmətlərlə hərtərəfli əhatəsinə nail olunması istiqamətində mühüm işlər görülüb. Vurğulanıb ki, Azərbaycanda ilkin səhiyyə xidmətinin (İSH) gücləndirilməsi ÜST üçün dəyişməz prioritetdir.

Bundan əlavə, ÜST-nin ölkəmizdəki nümayəndəliyi Azərbaycan hökumətinə COVID-19-a hazırlıq və cavab tədbirləri, infeksiyaların qarşısının alınması və nəzarəti, təcili tibbi yardım sistemi, fövqəladə hallarda psixi sağlamlıq və psixososial dəstək və s. kimi sahələrdə dəstək verir.

Qeyd edək ki, ÜST-nin Qiymətləndirmə Missiyasının məqsədləri Azərbaycanda səhiyyə işçi qüvvəsinin inkişafı; ilkin səhiyyə xidməti sahəsində ÜST-nin dəstəyinin uğurlu planlaşdırılmasının təmini; səhiyyə sisteminin müxtəlif strukturlarının və funksiyalarının kontekstini və resurslarını təhlil etmək; davam edən “Azərbaycandakı İlkin Səhiyyə Xidməti üzrə Nümayiş layihəsi” üçün tövsiyələr vasitəsilə ölkəmizdə ilkin səhiyyə xidmətinin gələcək təşkili ilə bağlı baxışlara töhfə vermək; dövlət və özəl xəstəxanalara ziyarət edərək, xəstəxana xidmətlərinin göstərilməsini qiymətləndirmək və s.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.