Səhiyyə Nazirliyinin nümayəndələri Moskvada keçirilən Sağlamlığı Təşviq edən Məktəblər layihəsinin yekun toplantısında iştirak ediblər
18-19 noyabr tarixlərində Rusiya Federasiyasının (RF) paytaxtında ÜST-nin Avropa Regional ofisi 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistanın və Ermənistan) milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması layihəsinin yekun toplantısını keçirib.
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Qurumunun (FDMQ) “Milli Uşaq Sağlamlığının Tibbi Tədqiqat Mərkəzi”ndə təşkil olunan tədbirdə 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin milli nümayəndə heyət iştirak edib. Həmçinin RF-nin səhiyyə və təhsil nazirliklərinin, FDMQ MUSTTM-nin, ÜST-nin Avropa Regional Ofisi, SHE (School Health Education, Sağlamlığı təşviq edən məktəblər) şəbəkəsinin Katibliyi iştirak ediblər.
ÜST-nin layihəsinin yekun toplantısında Azərbaycanı Nazirliyin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, Sağlamlığı Təşviq edən Məktəblər layihəsinin ölkə üzrə milli koordinatoru Səbinə Babazadə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri İnara Makayeva və mərkəzin həkim-metodisti Sevinc Zeynallı təmsil ediblər.