SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.
Görüşün əvvəlində Azərbaycan nümayəndə heyətinin rəhbəri Ümümdünya Səhiyyə Təşkilatının 75 illik yubileyi münasibətilə ÜST-nin Baş direktorunu təbrik etdi.
Teymur Musayev bu il Azərbaycanda 100 illik yubileyi qeyd edilən xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin ÜST-lə uğurlu və sıx əməkdaşlığının əsasını qoyduğunu qeyd etdi. Həmçinin Prezident İlham Əliyevin nüfuzlu səhiyyə təşkilatı ilə münasibətlərin daha da inkişafına böyük önəm verdiyi vurğulandı.
COVID-19 pandemiyası dövründə Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslərin irəli sürdüyünü bildirdi.
Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etdiyini vurğulayan nazir, pandemiya dövründə ÜST-nin Azərbaycanla səmərəli əməkdaşlığa və qurumun verdiyi dəstəyə görə Tedros Adhanom Qebreyesusa təşəkkürünü ifadə etdi.

Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirdi. Xüsusən pandemiya dövründə ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırlatdı.
Həmçinin Azərbaycanın malyariyadan azad ölkə elan edilməsi münasibətilə təbriklərini çatdırdı və bu təcrübənin digər ölkələr üçün də bir nümunə olduğunu bildirdi.
Sonda tərəflər arasında səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, ilkin səhiyyə xidmətlərində beynəlxalq səviyyədə təsdiq olunmuş rəqəmsal həllərin tətbiqinin vacibliyi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.