SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Ümumdünya Səhiyyə Assambleyasının sessiyası çərçivəsində Azərbaycan səhiyyə nazirinin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının səhiyyə nazirlərinin iclası keçirilib

Ümumdünya Səhiyyə Assambleyasının 76-ı sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci iclası keçirilib.
İclas iştirakçılarını salamlayan Teymur Musayev ilk növbədə İƏT səhiyyə nazirlərinin 5-ci iclasının sədri seçildiyinə görə və Baş katibə verdiyi bəyanata görə təşəkkürlərini bildirdi. Azərbaycanın səhiyyə naziri vurğuladı ki, budəfəki İƏT-in səhiyyə nazirlərinin görüşü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etdiyindən sonra ilk iclasıdır.
Bildirildi ki, Azərbaycan 1992-ci ildə İƏT-ə üzv seçilib və Təşkilatın işində fəal iştirak edir. Belə ki, Bakıda 2010-cu ildə İƏT-in üzv ölkələrin səhiyyə nazirlərinin 1-ci Görüşü keçirilib. Bu il ölkəmiz İƏT-də sədrlik mandatından istifadə edərək Təşkilatın üzv ölkələrini pandemiyadan sonrakı bərpa reallıqlarını müzakirə etməyə, bu mövzü ətrafında təcrübə mübadiləsinə və daha sıx əməkdaşlığa dəvət edir.
Teymur Musayev diqqətə çatdırdı ki, son 15 il ərzində Azərbaycan milli səhiyyəsinin və tibb elminin potensialının gücləndirilməsi istiqamətində konstruktiv işlər görülüb, müasir tibbi avadanlıqlarla təchiz edilmiş 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Səhiyyədə peşəkar tibbi kadr potensialının formlaşdırılması və inkişafında mühüm nailiyyətlər əldə edilib. 2011-ci ildən ali tibb təhsilinin ikinci pilləsi kimi rezidentura proqramı (ixtisaslaşma) bir illik internatura proqramını əvəz etdi. Ölkəmizin aparıcı ali tibb təhsil ocağı olan Azərbaycan Tibb Universitetinin tədris planı yenilənib, proqramlar beynəlxalq akkreditasiyadan keçib, yeni proqramlar yaradılıb.

Həmçinin nazir COVID-19 pandemiyasının yaratdığı çətinliklər və əldə olunan təcrübələr barədə məlumat verdi. Qeyd edildi ki, pandemiyanın başlanğıcından qısa müddət ərzində Azərbaycan hökuməti tərəfindən COVID-19-la mübarizədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək üçün İşçi Qrup yaradıldı. Eyni zamanda, ciddi və sərt təcrid tədbirləri tədbiq edildi, diaqnostik laboratoriyanın sayı əhəmiyyətli dərəcədə artıldı, modul tipli xəstəxanalar istifadəyə verildi və digər zəruri addımlar atıldı. Həmçinin, beynəlxalq müstəvidə Azərbaycan digər ölkələrə humanist addımlar atdı. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ianə edilib ki, onun 5 milyonu birbaşa İrana ayrılıb. Bundan əlavə, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri və digər ölkələrə 150 min doza peyvənd göndərilib. Eyni zamanda, başqa ölkələrdən, o cümlədən Çindən, Rusiyadan, Türkiyədən, Avropa İttifaqından humanitar yardım alınıb. Bu, hamımıza pandemiyanın öhdəsindən gəlməyə kömək edən beynəlxalq həmrəyliyin göstəricisi idi. “İndi pandemiyadan sonrakı bərpa haqqında düşünməyin vaxtıdır. Ümumi canlanma ölkələrimizin iqtisadiyyatının bərpası ilə birbaşa bağlıdır. Bu baxımdan, İƏT ölkələrinin əməkdaşlığının genişləndirilməsi olduqca önəmlidir”, - deyə nazir bildirdi.
Diqqətə çatdırıldı ki, Azərbaycan hökumətinin müraciəti əsasında ÜST ekspertlər qrupu tərəfindən Beynəlxalq Səhiyyə Qaydalarına dair uğurlu Birgə Xarici Qiymətləndirmə aparılıb: “Bu, ölkə səhiyyə sisteminin problemlərinin aşkar etməsinə və gələcək fövqəladə hallara hazırlığı təkmilləşdirilməsinə kömək edir”.
Azərbaycanda pandemiyadan sonrakı bərpa işlərində bəzi maneələrə toxunan nazir qeyd etdi: “2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələri dağılıb, torpaqlar çoxlu sayda mina və partlayıcılarla çirklənib. Təəssüf ki, indi Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən biridir”.
Azərbaycanın səhiyyə naziri iclasdakı çıxışında həmçinin dedi: “COVID-19-la mübarizə təcrübəsi göstərdi ki, hazırlıq və cavab planları icmaların və özəl sektorun fəal iştirakı ilə dövlət və qeyri-hökumət orqanları arasında əlaqələndirilmiş əməkdaşlığı ehtiva etməlidir. Maliyyə və insan resurslarının səfərbər edilməsi mexanizminin olması da vacibdir. Beynəlxalq məsləhətçilik, ÜST kimi nüfuzlu beynəlxalq tərəflərlə əməkdaşlıq ən yaxşı təcrübələrə və yardıma çıxış əldə etmək üçün çox zəruridir. Qeyri-infeksion xəstəliklərin immunizasiyası və profilaktikası üzrə müntəzəm işlər səhiyyə sahəsində fövqəladə halların vətəndaşlarımızın rifahına mənfi təsirini azaltmağa kömək edir. Eyni zamanda, səhiyyə sistemlərinin gücləndirməsi, tibbi təhsil təhsisatlarının müasir dövrün cağırışlarına əsasən əməkdaşlığı, insan resurslarının davamlı peşəkar inkişafı, səhiyyədə texnoloji innovasiyaların tətbiqi iclasın prioritet məsələlərdəndir”.
Daha sonra İƏT üzv ölkələrinin səhiyyə nazirlərinin çıxışları dinlənildi.
Yekunda “Səhiyyə sahəsində Əməkdaşlığa dair 2016-2025-ci illər üçün Yenidən İşlənmiş Fəaliyyət Planı” təsdiqləndi.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.