SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.
İlk olaraq ÜST-nin Baş direktoru doktor Tedros Adhanom Qebreyesus ilə görüş baş tutub. Görüşdə Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələrin qurulmasına xüsusi qiymət verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində ÜST-nin Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.
Öz növbəsində doktor Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. ÜST-nin Baş direktoru gələcəkdə də Təşkilatın Azərbaycanla birgə layihələrin uğurla reallaşdırılacağına əminlik ifadə edib.
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin yenidən seçilmiş sədri Hans Henri Klüge ilə görüş keçirilib. Hans Henri Klugeni bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Teymur Musayev ölkəmizin nüfuzlu səhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə yüksək səviyyəli əlaqələrin mövcudluğunu xüsusi vurğulayıb. İnsan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən təşəbbüslərin gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Həmçinin, Latviyanın səhiyyə naziri Hossam Abu Merinin və Rumıniyanın səhiyyə naziri Aleksandru Rafilanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşlər olub. Görüşlər zamanı xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolu vurğulanıb. Eyni zamanda, səhiyyə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş potensialın mövcudluğu qeyd edilib.

Görüşlərdə Azərbaycanın nümayəndə heyətinə xalqımızın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi münasibətilə təbriklər ünvanlanıb. COP29 kimi mötəbər tədbirin mahiyyəti vurğulanaraq, Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etdiyi bildirilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.