ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge Şamaxıda keçirilən Avropa “İmmunlaşdırma Həftəsi“ kampaniyasında iştirak edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugenin Azərbaycana səfəri davam edir.

Səfərin ikinci günündə H.Kluge Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə son iki il ərzində USAID və UkAid maliyyə dəstəyilə keçirilən ÜST-nin “Azərbaycandakı İlkin Səhiyyə Xidməti üzrə Nümayiş layihəsi”nin ərazisi olan Şamaxı rayonunu ziyarət edib.

ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda Avropa “İmmunlaşdırma Həftəsi” çərçivəsində keçirilən tədbirlərə qatılıb. Qonaqlar Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirə, daha sonra rayonun Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə baş çəkib, tibb işçiləri və tələbələrlə görüşüb. “İmmunlaşdırma Həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verilib.

Daha sonra qonaqlar ilkin səhiyyə xidmətinin təkrar təşkili modeli ilə tanış olmaq üçün Şamaxı Təlim Mərkəzini ziyarət ediblər.

Tədbirdə çıxış edən Hans Henri Kluge ilkin səhiyyə xidmətinin gücləndirilməsini universal tibbi təminatın əsasını təşkil etdiyini vurğulayıb: “Bu gün yerli, milli və beynəlxalq tərəfdaşların birgə iştirakı ilə Şamaxıda reallaşan layihələr səhiyyə xidmətlərini daha əlçatan edir”.

Qeyd edək ki, Avropa “İmmunlaşdırma Həftə”sinə həsr edilmiş Şamaxı səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsinin altı kənddə gerçəkləşdirdiyi immunizasiya kampaniyası çərçivəsində baş tutub.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.