SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Mütəxəssis-ekspert kimdir?

Əhalinin sağlamlığının yaxşılaşdırılması, tibbi yardımın keyfiyyətinin yüksəldilməsi, həmçinin beynəlxalq təcrübə nəzərə alınaraq tibbi texnologiyaların tətbiqi, xəstəliklərin qarşısının alınması və müalicə metodlarının müəyyənləşdirilməsi məqsədi ilə “Səhiyyə Nazirliyinin müxtəlif ixtisaslı mütəxəssis-ekspertləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamə ilə “Səhiyyə Nazirliyinin müxtəlif ixtisaslı mütəxəssis-ekspertlərinin fəaliyyət göstərdiyi sahələrin Siyahısı” müəyyən olunmuşdur.

Mütəxəssis-ekspertlərin vəzifələri aşağıdakılardır:

  • müasir tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsini və əhalinin sanitariya-epidemioloji salamatlılığını təmin etmək üçün tibbin müvafiq sahəsinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ sənədləri, həmçinin peşə tibb standartlarını hazırlamaq;
  • yeni tibbi texnologiyaların öyrənilməsində və onların praktikada tətbiq olunmasında iştirak etmək;
  • əhalinin sağlamlıq vəziyyəti, əhaliyə tibbi yardımın göstərilməsi, həmçinin tibbi texnologiyaların tətbiqi, xəstəliklərin qarşısının alınması, xəstəliklərin diaqnostikası və müalicə metodları, tibbi reabilitasiya, tibb müəssisələrinin tibbi yardımın göstərilməsi qaydalarına uyğun olaraq tibbi avadanlıqla təmin edilməsi zərurətinin müəyyənləşdirilməsi, digər problemli məsələlər və onların mümkün həlli barədə illik analitik materialı hazırlamaq;
  • kodlaşdırma proseduru və müvafiq sahə üzrə ölüm səbəbinin seçilməsi üçün metodik təlimatları hazırlamaq;
  • müvafiq tibb sahəsinin vəziyyəti haqqında məlumatların təhlili, səhiyyənin təşkili, tibbi texnologiyalar və xəstəliklərin qarşısının alınması, diaqnozu və müalicəsi, tibbi reabilitasiya sahəsində yerli və xarici təcrübəni öyrənmək;
  • tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək;
  • tele-səhiyyə texnologiyaları vasitəsilə tibb müəssisələrinin işçilərinə metodiki kömək göstərmək;
  • rəsmi müraciət əsasında ixtisaslarına uyğun olaraq dövlət və qeyri-dövlət tibb müəssisələrində yaranan mürəkkəb və ya mübahisəli halları 1 iş günü ərzində Səhiyyə Nazirliyinin inzibati binasında araşdıraraq rəy hazırlayıb nazirliyin əlaqələndirici şəxsinə (kurator) təqdim etmək;
  • səhiyyə müəssisələrinə təşkilati-metodik və konsultativ yardım göstərmək;
  • Nazirliyin göstərişi əsasında tibb müəssisələrinin fəaliyyətinin yoxlanılmasında iştirak etmək və ixtisasına dair müəssisənin fəaliyyətinin yaxşılaşdırılması üçün təkliflər vermək;
  • səhiyyə müəssisələrinin müvafiq ixtisas üzrə mütəxəssislərlə təmin edilməsi məsələsinə dair təkliflərin verilməsində, əsas (baza) ali təhsil və rezidentura təhsil proqramlarının hazırlanmasında iştirak etmək;
  • daxil olduğu komissiyanın fəaliyyətində yaxından iştirak etmək, Nazirliyin göstərişlərini yerinə yetirmək;
  • Nazirlik tərəfindən tələb olunan məlumatları və ya sənədləri təqdim etmək;
  • görülmüş işlər haqqında yarımillik və illik hesabat hazırlamaq və kuratora göndərmək.

Müvafiq sahə üzrə mütəxəssis-ekspert yazılı razılıq əsasında səhiyyə naziri tərəfindən 3 il müddətinə təyin edilir.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.