Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

?>

1 nömrəli Bakı Tibb Kolleci bir əsrdən çox tarixə malikdir. Belə ki, mama-feldşer məktəbinin arxivində olan sənədlərə əsasən, Bakı şəhər başçısının 28.08.1902-ci il tarixli əmrinə, Azərbaycan SSR mərkəzi arxiv idarəsinin 29.10.1930-cu il tarixli 100/838 nömrəli arayışına, “Бакинский рабочий ” qəzetinin 29 avqust 1923-cü il 193/921 nömrəsində çap olunmuş məqaləsinə, keçmiş müəllim və məzunların xatirələrinə əsasən “mamaçalıq” (павивальные бабки) məktəbi 1902-ci ildə 1 saylı şəhər doğum evinin nəzdində (hazırki Əzizbəyov adına doğum evi) yaradılıb.
Dünya elminə inteqrasiya prosesi fonunda 1 saylı tibb məktəbinin statusu dəyişdirilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 iyun 2010-cu il 47 saylı əmrinə əsasən 1 nömrəli Bakı Tibb Kolleci adlandırılıb.
Kollec geniş, işıqlı, kompüterlə təchiz olunmuş otaqlardan, akt zalından, kitabxana, yeməkxana və yaşıllıqlarla zəngin həyətyanı sahədən ibarətdir. Hazırda 1 nömrəli Bakı Tibb Kollecində 1700-dən artıq tələbə, 250-ə yaxın müəllim, inzibati işçi, Həmkarlar İttifaqı Komitəsi, Tələbə Həmkarlar Komitəsi, Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.